Trampın İstanbul danışıqlarında iştirakı Putinin gedişindən asılıdır - CNN

ABŞ prezidenti Donald Trampın İstanbuldakı danışıqlarda iştirakı Rusiya prezidenti Vladimir Putinin ora gedib-getməməsindən çox asılıdır.
AFN.az xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.
"Hazırda hər şey çox dinamikdir. Heç kim cümə axşamının necə olacağı barədə çox şey bilmir" - deyən rəsminin sözlərinə görə, Trampın danışıqlarda iştirakının mümkünlüyü Putinə böyük təzyiq göstərir.
Qeyd olunur ki, Trampın İstanbula gedib-getməsindən asılı olmayaraq, onun xüsusi nümayəndələri Keyt Kelloq və Stiv Vitkoff Ukrayna və Rusiya arasında keçiriləcək danışıqlarda müşahidəçi qismində iştirak etməyi planlaşdırır.
Keyt Kelloq ABŞ-ın Putinin İstanbula gələcəyinə ümid etdiyini bildirib.