Zelenski: Trampla münaqişəyə son qoymaq üçün addımları müzakirə etdik

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığını müsbət adlandırıb və deyib ki, onlar Ukraynadakı münaqişənin həlli üçün atılacaq konkret addımları müzakirə ediblər.
AFN.az xəbər verir ki, bu barədə o, Telegram-da yazıb. "Prezident Trampla yaxşı söhbətim oldu. Biz sülh üçün əlavə səylərin, xüsusən də atılacaq konkret addımların zəruriliyini müzakirə etdik", - deyə Ukrayna prezidenti qeyd edib.
"Trampa bildirdim ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır, ancaq atəşkəsdən sonra. Tramp döyüş meydanındakı vəziyyəti soruşdu, mən də ona məlumat verdim”, - deyə o əlavə edib.
Söhbət zamanı Zelenski və Tramp minerallar sazişinin Rada tərəfindən ratifikasiya olunmasını da alqışlayıblar. Ukrayna parlamentində səsvermə cümə axşamı ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devisin iştirakı ilə keçirilib.