Pakistan Pahalqam hücumundan sonra Hindistan vətəndaşlarının vizasını dayandırıb

Pakistan hökuməti Cammu Kəşmirin Pahalqam rayonunda törədilən terror aktından sonra Hindistan vətəndaşlarına verilən bütün vizaların dayandırıldığını elan edib.
"Dawn" qəzetinin xəbərinə görə, Pakistan öz vətəndaşları üçün viza xidmətlərini dayandırdığı görə Hindistana cavab verib.
Cammu Kəşmirdə baş verən terror aktından sonra Pakistanın baş naziri Şahbaz Şərifin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclası Hindistan vətəndaşlarına verilən bütün vizaların dərhal dayandırılmasına qərar verib.
Görüşdən sonra verilən açıqlamada hazırda Pakistanda olan Hindistan vətəndaşlarından 48 saat ərzində ölkəni tərk etmələri istənilib.
Bildirilib ki, siqh dini zəvvarları viza müraciətindən azad olacaqlar.