Hindistanda turistlərə hücum: ölənlərin sayı ən azı 20 nəfərə çatıb


Hindistanın idarə etdiyi Kəşmirdə turistlərə hücum nəticəsində ölənlərin sayı ən azı 20 nəfərə çatıb.


AFN.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, müsəlmanların məskunlaşdığı mənzərəli ərazidə məşhur yer olan Pahalqam şəhərində silahlı şəxslər bir qrup turistə atəş açıb. Qismən həm Hindistan, həm də Pakistan tərəfindən idarə olunan Himalay bölgəsi 1989-cu ildə Hindistana qarşı üsyan başlayandan bəri silahlı zorakılıqlara məruz qalır.

Sonuncu böyük hücum ötən il iyun ayında, hindu zəvvarlarını daşıyan avtobusun yaraqlıların hücumuna məruz qaldıqdan sonra dərin dərəyə aşması nəticəsində 9 nəfərin öldüyü və 33 nəfərin yaralanması ilə baş vermişdi.

AFP agentliyi yüksək rütbəli polis zabitinə istinadən yazır ki, azı 24 nəfər ölüb. Hindistan telekanalları onların ən azı 20 nəfər olduğunu bildirir.

"Qonaqlarımıza edilən bu hücum tamamilə vəhşilikdir. Bu terror aktını törədənlər vəhşilərdir, qeyri-insani varlıqlardır, yalnız nifrətə layiqdirlər. Heç bir qınama sözü kifayət edə bilməz", - deyə Oman bölgəsinin başçısı Abdullah bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu