Zelenski: Londonda Ukrayna üzrə danışıqlar aprelin 23-də başlayacaq

Ukraynadakı münaqişənin həlli üçün Londonda danışıqlar çərşənbə günü başlayacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığından sonra bildirib.
"Artıq bu çərşənbə bizim nümayəndələrimiz Londonda işləyəcəklər. Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ danışıqları olacaq. Kiyev qeyd-şərtsiz atəşkəs əldə etməyə çalışacaq", - deyə o, X hesabında yazıb".
Nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andrey Subiha və müdafiə naziri Rustem Umerov daxildir. Bu, məhz Səudiyyə Ərəbistanında əvvəlki danışıqlarda Ukraynanı təmsil edən və Zelenski tərəfindən dəstəklənən tərkibdir.