Zelenski: Ukrayna Avropa kontingentinin yerləşdirilməsi planını hazırlayır


Ukrayna yaxın 7-10 gün ərzində Avropa kontingentlərinin Ukraynaya yerləşdirilməsi üçün əsas strategiyanı təqdim etmək niyyətindədir.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Parisdəki danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Ukrayna dialoq üçün alqoritm təklif edəcək. Bu, yaxın 7-10 gün ərzində baş verəcək. Fransa prezidenti Emmanuel Makron da bu barədə artıq açıqlama verib: görüş olacaq, biz əsas strategiya təklif edəcəyik", - deyə Zelenski bildirib.

Ukrayna prezidenti əlavə edib ki, liderlərdən çoxlu təkliflər var: “Kimsə səmada kömək etməyə hazırdır, kimsə hava hücumundan müdafiə ilə, kiminin yerdə qüvvəsi var, kimsə öz kontingentini dənizə göndərməyə hazırdır”, - deyə o əlavə edib.

Eyni zamanda, Zelenski etiraf edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi artıq müzakirə olunmur. "Bu, belədir. NATO məsələsi o qədər də aktiv deyil", - o əlavə edib.

Zelenski gələcəkdə güclü Ukrayna ordusunun saxlanılması məsələsində Avropa liderlərindən dəstək aldığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu