Ər-Riyadda ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb


Ər-Riyadda ABŞ və Ukrayna nümayəndələrinin görüşü başa çatıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, məsləhətləşmələr iki saata yaxın davam edib.

Ukrayna nümayəndə heyətinin tərkibində müdafiə naziri Rüstəm Umerov, prezident aparatının rəhbərinin müavini Pavel Palisa da iştirak edib. Amerika nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Vals daxildir.

Qeyd edək ki, bu gün Ər-Riyadda Rusiya-Amerika danışıqları da keçiriləcək. Rusiya nümayəndə heyəti artıq görüş üçün Ər-Riyaddadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu