Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü başa çatıb

Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları yekunlaşıb.
TASS xəbər verir ki, danışıqlar Moskva vaxtı ilə saat 10:30 radələrində başlayıb. Təxminən 2,5 saatdan sonra tərəflər 15 dəqiqəlik fasilə verib, bir saat sonra isə nahara gediblər.
Rusiya tərəfini danışıqlar masasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər. Bundan əlavə, Rusiya nümayəndə heyətinin tərkibinə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də daxildir. İclasda ABŞ-ı prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib. Görüş kral ailəsinin saraylarından birində - Albasatin kompleksindəki Diriyahda baş tutub.