Aİ-nin Rusiyaya qarşı sanksiyaları atəşkəs danışıqlarının mövzusuna çevrilə bilər

Rusiya ilə Ukrayna ilə atəşkəslə bağlı istənilən danışıqlar Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar məsələsini gündəmə gətirəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyasının dondurulmuş aktivləri də müzakirə mövzusu ola bilər.
Amerikalı rəsmi rəsmi Kiyevin “avropalılara ehtiyacı artırdığını” qeyd edib. "Avropalılar Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Mən güman edirəm ki, danışıqlara çatsaq, onlar razılaşıb sanksiyalarını qaldıracaqlar", - deyə Rubio qeyd edib.
ABŞ dövlət katibi Rusiya tərəfi ilə gələcək danışıqlarda Avropanın sanksiyaları məsələsinin “masanın üzərində olacağı”nı deyib: “Dondurulmuş aktivləri və bu kimi şeylərlə bağlı nə baş verdiyi haqda heç nə deyə bilmərəm”.
Rubio həmçinin hesab edir ki, Ukraynada sülhün bərqərar olması üçün avropalılar bu sanksiyalarla nə edəcəkləri barədə qərar verməlidirlər.
"Və buna görə də mən hesab edirəm ki, onlar mütləq bu məsələyə cəlb olunmalıdırlar", - deyə amerikalı rəsmi bildirib.