"Reuters": Aİ Suriyaya qarşı bəzi sanksiyaları qaldıracaq


Aİ ölkələri enerji və nəqliyyat da daxil olmaqla bir sıra sahələrdə Suriyaya qarşı tətbiq edilən sanksiyaları dayandırmaq niyyətindədir.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi müvafiq bəyannamə layihəsinə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi sənəddə Aİ Şurasının Suriyaya qarşı energetika, nəqliyyat, müharibədən sonrakı rekonstruksiya, habelə bu sahələrlə bağlı maliyyə və bank əməliyyatlarının aparılması sahələrində qüvvədə olan bir sıra məhdudlaşdırıcı tədbirləri dayandırmaq barədə qərarından bəhs edilir.

"Aİ Şurası Suriyadakı vəziyyəti yaxından izləməsinə əsaslanaraq Dəməşqə qarşı sanksiyaların dayandırılmasının məqsədəuyğunluğunu qiymətləndirməyə davam edəcək" - deyə sənəddə qeyd edilir.

Qeyd edək ki, Aİ xarici işlər nazirləri fevralın 24-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu