Aİ ölkələri Gürcüstana qarşı sanksiyaların tətbiqinə razılıq verməyib
Avropa İttifaqı ölkələri Gürcüstana qarşı şəxsi sanksiyaların tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər.
AFN.az xəbər verir ki, bunu Aİ xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Sanksiyaları tətbiq etmək üçün təəssüf ki, bizdə hələlik olmayan birliyə ehtiyacımız var" - deyə Kallas bildirib.
O, Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyaların Macarıstan və Slovakiya tərəfindən bloklandığını deyib. Lüksemburq və bir sıra digər ölkələr də “Gürcü arzusu” partiyasına qarşı sanksiyaların əleyhinə çıxış ediblər.