Rusiya Avropa İttifaqının 11-ci sanksiya paketinə sanksiyalarla cavab verdi


Avropa İttifaqı (Aİ) Şurasının Rusiyaya qarşı hazırladığı 11-ci sanksiyalar paketinin təsdiqindən sonra Moskva administrasiyası sanksiya tətbiq etdiyi Aİ rəsmiləri və qurumlarının siyahısını genişləndirib.


Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Aİ-nin yeni sanksiyalar paketinin qanunsuz olduğu bildirilib.

“Rusiya tərəfi bu düşmənçilik hərəkətlərinə cavab olaraq ölkəyə giriş qadağası qoyduğu Aİ qurumları və rəsmilərinin siyahısını xeyli genişləndirib”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, sanksiyaların siyahısı Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət və kommersiya təşkilatlarının nümayəndələri, Ukraynaya silah və texnika yardımı göstərən Aİ vətəndaşları, Rusiyaya qarşı sanksiyaların tətbiqinə cavabdeh olan Avropa strukturlarının nümayəndələri, Aİ parlamentariləri tərəfindən genişləndirilib. Rusiya əleyhinə açıqlamalar verənlər də sanksiyaların əhatəsinə daxildir.

Bəyanatda sanksiyalara məruz qalan şəxslərin və təşkilatların nömrələri və adları göstərilməyib.

İndiyədək Rusiyaya qarşı 10 sanksiya paketini həyata keçirən Aİ bu gün 11-ci sanksiyalar paketini rəsmən təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu