Aİ Rusiyaya ballistik raketlərin ötürülməsi ilə bağlı İrana qarşı sanksiyaları təsdiq edəcək


Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya ballistik raketlərin ötürülməsi ilə bağlı oktyabrın 14-də Lüksemburqda keçirilməsi planlaşdırılan iclasda İrana qarşı sanksiyaları təsdiq edəcəklər.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib: “Nazirlər ballistik raketlərin Rusiyaya ötürülməsinə görə İrana qarşı sanksiyaları təsdiqləyəcəklər".

Diplomat onu da vurğulayıb ki, bu sanksiyalar İranın Yaxın Şərqdəki münaqişədəki roluna aid olmayacaq. “Bazar ertəsi sanksiyaların Yaxın Şərqlə heç bir əlaqəsi olmayacaq”, - deyə o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu