Gürcüstanda hökumət əleyhinə etirazlar davam edir


Gürcüstanda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırılmasına etirazlar davam edir.



Baş nazir İrakli Kobaxidzenin Aİ-yə üzvlük danışıqlarını 4 il müddətinə dayandırmaq qərarını tənqid edən nümayişçilər noyabrın 28-də paytaxt Tbilisidə başladıqları etiraz aksiyalarını 7-ci gündür davam etdirirlər.

Dünən axşam minlərlə nümayişçi yenidən parlamentin qarşısına toplaşaraq, hökumət əleyhinə şüarlar səsləndirib, AB və Gürcüstan bayraqları qaldırıblar.

Nümayişçilər Parlament binası qarşısındakı Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayıb və orada tonqal yandıraraq gözləmələrini davam etdirirlər.

Təhlükəsizlik məqsədilə polis xüsusi təyinatlılarının və Daxili İşlər Nazirliyinə tabe olan təzyiqli su maşınlarının olduğu ərazidə keçirilən aksiyada iştirak edən müxalifət partiyalarının rəhbərləri ictimaiyyəti dağılışmamağa dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu