Xüsusi təyinatlılar Tiflisdə etirazçıların bir neçəsini saxlayıb


Xüsusi təyinatlılar Tiflisdə etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb, bir neçə nəfər saxlanılıb.


AFN.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Xüsusi təyinatlı qüvvələrin kordonu bütün gecəni Rustaveli prospektinin ortasında düzülüb, etirazçıların parlamentin qarşısındakı əraziyə qayıtmasına mane olub, təhlükəsizlik qüvvələri onları gecə yarısına yaxın oradan çıxarıb. Səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları yerdə qalan etirazçıları xüsusi təyinatlıların daha bir kordonunun qurulduğu Rustaveli metrostansiyasına doğru itələməyə başlayıblar. Vətəndaşlar kordonun yanından metroya tərəf keçdikdən sonra təhlükəsizlik qüvvələri onlardan bir neçə nəfəri saxlayıb.

Ötən gecə Gürcüstan parlamentində hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb və bütün gecəni davam edib. Artıq dördüncü gündür ki, səhərə qədər davam edən etiraz aksiyaları çevik qüvvələrin dağıtması ilə başa çatır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu