İranda etirazçılar yenidən küçələrə çıxıb


İranda Məhsa Əminin polis nəzarətində olarkən vəfat etməsindən sonra sentyabrın 17-də başlayan və axşamlar pəncərələrdən, eyvanlardan hökumət əleyhinə şüarların səsləndirilməsi şəklində bir müddət davam edən nümayişlər yenidən küçələrə keçib.


AFN.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Gilan vilayətinin inzibati mərkəzi Rəştdə küçələrə çıxan izdihamlı qrup avtomobillərin hərəkətini dayandırıb və şüarlarla yürüş edib.

Şəhərin müxtəlif bölgələrinə aid olduğu iddia edilən bəzi görüntülərdə nümayişçilərin yolda tonqallar yandırdığı, rejim əleyhinə şüarlar səsləndirdiyi görünür. Elborz vilayətinin Kərəc şəhərində çəkildiyi bildirilən görüntülərdə hökumət əleyhinə şüarların müşayiəti ilə küçələrdə gəzən izdihamlı qruplar yer alıb. Paytaxt Tehranın Cəmalzadə küçəsi və Tehranpars məhəlləsi kimi yerlərdə nümayişlər təşkil edən qruplar siyasi məhbusların azadlığa buraxılması tələbi ilə şüarlar səsləndiriblər.
Tehranın Vəliəsr meydanı ətrafında təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi geniş təhlükəsizlik tədbirləri diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu