Argentinada hökumət əleyhinə nümayişlərdə 12 nəfər saxlanılıb
Argentinada Xavyer Miley hökumətinə qarşı keçirilən etiraz aksiyalarında 12 nəfərin saxlanıldığı bildirilib.
Yerli mətbuatda yer alan xəbərə görə, yüzlərlə insan paytaxt Buenos-Ayresdəki 9 İyunun Bulvarında toplaşaraq hökumətin iqtisadi siyasətlərinə qarşı sərt reaksiya verib.
Nümayişlər zamanı baş verən insidentlər nəticəsində təhlükəsizlik qüvvələri 12 nəfəri saxlayıb.
İzdiham qrupları daşıdıqları plakat və pankartlarda Miley hökuməti əleyhinə şüarlar səsləndiriblər.
Polis onlara daşla hücum edən etirazçılara gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib.
Sosial şəbəkələrdə əks olunan görüntülərdə etirazçıların polis tərəfindən saxlanıldığı əks olunub.
Xatırladaq ki, Argentinada Milei prezident seçkilərində qələbə qazandıqdan sonra tez-tez solçu qruplar və həmkarlar ittifaqları tərəfindən etirazlara məruz qalıb.