Argentinada məhkəmə Milei hökumətinin “əmək islahatı” qanununu dayandırıb


Argentinada məhkəmə prezident Xavyer Mileinin hökumətinin “əmək islahatı” qanun layihəsini müvəqqəti olaraq dayandırıb.



Yerli mətbuatda yer alan xəbərlərə görə, əmək islahatı qanun paketi Ümumi Əmək Konfederasiyasının (CGT) tələbi ilə Argentina Milli Əmək Məhkəməsi tərəfindən müvəqqəti olaraq dayandırılıb.

Milei hökuməti tərəfindən "zərurət və təxirəsalınmazlıq" fərmanı olaraq da tanınan əmək islahatı, pensiya ödənişlərinin azaldılmasını, işdən çıxarılma nəticəsində yaranan kompensasiyaların və cərimələrin azaldılmasını, eləcə də işçilərə birbaşa təsir edən bir çox qərarları gətirir.

Ölkədə genişmiqyaslı etirazlara səbəb olan islahat iqtidarla müxalifət partiyalarını da üz-üzə qoydu.

CGT yanvarın 24-də hökumətə etiraz etmək üçün bir günlük tətil keçirəcəklərini və Milli Konqres qarşısında toplanacaqlarını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu