Bayden ABŞ-ın nüvə silahından istifadəsinə dair yeni təlimatları imzalayıb


Amerika prezidenti Co Bayden ABŞ-ın nüvə silahından istifadə şərtləri ilə bağlı yeni təlimatlar imzalayıb.

Bu barədə ABŞ Prezidentinin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Silahlara Nəzarət, Silahsızlanma və Yayılmama üzrə Baş Direktoru Pranay Vaddi bildirib: “Prezident Bayden bu yaxınlarda yeni nüvə dövrünün reallıqlarını nəzərə alan nüvə silahlarının istifadə şərtləri ilə bağlı yenilənmiş təlimatı imzaladı. Sənəd Çinin nüvə arsenalının böyüməsini və müxtəlifliyini, habelə Rusiya, Çin və Şimali Koreyanı eyni vaxtda cilovlamaq zərurətini nəzərdə tutur".

"Düşmənlərimizdən fərqli olaraq, biz radiasiya yayan nüvə enerjisi ilə işləyən qanadlı raketlər və ya orbitə buraxılmaq üçün nəzərdə tutulmuş nüvə silahları hazırlamayacağıq. Bu, Kosmos Müqaviləsini açıq şəkildə pozmaq olar", - Vaddi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu