Putin nüvə silahından istifadə edəcək? - ABŞ və Britaniya kəşfiyyatından hesabat


Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Prezident Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı açıqlamaları dünyanı qorxuya salıb.



AFN xəbər verir ki, ABŞ və Böyük Britaniya kəşfiyyatı Putinin nüvə silahı planı ilə bağlı diqqət çəkən hesabat dərc edib.

Britaniyanın Elektron Kəşfiyyat Xidmətinin (GCHQ) rəhbəri Ceremi Fleminq "BBC Radio 4" proqramında bildirib ki, Rusiya indiyədək nüvə silahları üzrə müəyyən edilmiş hərbi doktrina çərçivəsində qalıb, lakin Britaniya kəşfiyyatı bunun dəyişə biləcəyinə dair əlamətlər axtarır.

“Prezident Vladimir Putinin müharibəyə rəhbərlik etmək tərzini bəyənmirik və bir çox cəhətdən nifrət edirik.

Lakin onlar nüvə silahından istifadə ilə bağlı dokrtinaya əməl edirlər. Bunun dəyişə biləcəyinə dair əlamətlər axtarırıq. Ümid edirəm ki, onlar bu yolda (nüvə silahından istifadə baxımından) irəliləməyə başlasalar, biz bunu görəcəyik.

Ukraynanın vəziyyəti Rusiya qüvvələrinin əleyhinə çevirir. Rusiya əsgərlərinin təchizat və sursatlarının tükəndiyini bilirik".

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bildirib ki, Rusiya prezidenti Vladimir Putinin nüvə silahı və ya kütləvi qırğın silahlarından istifadə etməyi seçməsinə dair heç bir əlamət yoxdur:

“Bizdə Putinin Ukraynada nüvə silahı və ya digər kütləvi qırğın silahlarından istifadə etmək qərarına gəldiyinə dair heç bir işarə yoxdur. Rusiya bu mövzuda hazır deyil və ABŞ-dan strateji nüvə mövqeyini dəyişməsini tələb edəcək bir vəziyyət yoxdur. Heç kimin nüvə gərginliyinin artmasını istəmir. ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə dəstəyini davam etdirəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu