Tarakanlar dünyada necə yayılıb? - maraqlı araşdırma


Dünyanın demək olar ki, hər yerində rast gəlinən "Blattella germanica" tipli tarakanların təxminən 2100 il əvvəl Asiyada yaşamış "Blattella asahinai" növünə bənzər gen quruluşuna sahib olduğu bildirilib.


“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmada, təxminən 250 il əvvəl Avropada qeydə alınan “Alman tarakanı” olaraq bilinən “Blattella germanica” növünün Asiyadan gəlmiş ola biləcəyi bildirilib.

Tədqiqatçılar 17 ölkədən 281 tarakan növünün genetik quruluşunu araşdırıblar.

Araşdırma bu tarakan növünün təxminən 2100 il əvvəl Asiyada yaşayan "Blattella asahinai" növündən məskunlaşmağa uyğunlaşaraq təkamül yolu ilə gəldiyini təxmin edib.

Mövzu ilə əlaqədar "Cosmos" jurnalına açıqlama verən tədqiqatçılardan biri, Qərbi Avstraliya Universitetindən Teo Evans bildirib ki, araşdırmalarla Alman tarakanının gen ardıcıllığının "Blattella asahinai" növü ilə eyni olduğu aydınlaşıb. Bu, Şərqi Hindistan, Banqladeş, Myanma və Benqal körfəzinə doğma bir növdür.

Evans bildirib ki, "Blattella germanica" qitələrarası "ticarət və hərbi hərəkətlər" sayəsində Yaxın Şərq və Avropaya çatıb.

"Blattella germanica"nın Avropaya təxminən 270 il əvvəl gəlmiş ola biləcəyini ifadə edən tədqiqatçı onun dünyanın digər bölgələrinə də oradan yayıldığını qeyd edib.

Evans, tarakanların həyatda qalmasının onların insanlara görünməməsindən asılı olduğunu vurğulayaraq, "Alman tarakanları gecə saatlarında ortaya çıxmaq, açıq yerlərdən qaçmaq üçün təkamül keçirib və qanadlarını qorusalar da, uçmağı dayandırıblar" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu