Aİ və ABŞ 10 faizlik ticarət sazişinə yaxınlaşır


Avropa Komissiyası hesab edir ki, razılaşdırılmaqda olan ticarət sazişi ABŞ üçün bir qədər daha sərfəlidir.

Avropa İttifaqı, Avropadan idxal olunan əksər mallara 10 faiz gömrük rüsumu tətbiq olunmasını nəzərdə tutan ABŞ ilə ticarət sazişini qəbul etməyə hazırdır. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Brüssel eyni zamanda ABŞ-dan istəyir ki, Avropa İttifaqı ilə ticarətin əsas sahələri üzrə, xüsusilə farmasevtika, alkoqollu içkilər, yarımkeçiricilər və mülki aviasiya sahələrində tarifləri azaltsın.

Bundan əlavə, Avropa İttifaqı ABŞ-ı avtomobil və onun ehtiyat hissələri, həmçinin polad və alüminium üzrə tarifləri azaltmağa razı salmağa çalışır.

Avropa Komissiyası bildirir ki, razılaşdırılmaqda olan ticarət sazişi ümumilikdə ABŞ üçün bir qədər daha sərfəli görünür, lakin buna baxmayaraq, şərtlər Aİ üçün də qəbulolunandır.

ABŞ Prezidenti Donald Tramp əvvəlcə bəyan etmişdi ki, Aİ ilə ticarət danışıqlarının mürəkkəbliyi səbəbindən 1 iyundan etibarən Avropadan idxala 50%-lik rüsum tətbiq etməyi planlaşdırır.

Eyni zamanda o qeyd edib ki, əgər Avropa şirkətləri məhsullarını ABŞ-da istehsal etsələr, heç bir gömrük rüsumu ödəməyəcəklər. Trampın fikrincə, Aİ-nin yaradılmasının əsas məqsədlərindən biri ABŞ qarşısında ticarət üstünlüyü qazanmaq olub.

Lakin 26 mayda Tramp bildirib ki, Avropa İttifaqından idxala tətbiq olunacaq 50 faizlik tariflərin qüvvəyə minməsini 1 iyundan 9 iyula qədər təxirə salmağa razılaşıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu