Nitsa meri və həyat yoldaşı korrupsiya şübhəsi ilə saxlanılıb

Nitsanın meri Kristian Estrozi və həyat yoldaşı Lora Tenoudji-Estrozi 2023-cü ildə keçirilmiş tədbirlərin təşkilində korrupsiya şübhəsi ilə Marsel şəhərində saxlanılıblar. Bu barədə 30 iyun tarixində France Info məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Nitsa meri və həyat yoldaşı France 2 telekanalının icmalçısı olan Lora Tenoudji-Estrozi dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi və qanunsuz gəlir əldə etmə şübhəsi ilə əlaqədar bazar ertəsi məhkəməyə çağırılıb.
Bildirilir ki, hər iki şəxs polis tərəfindən Marseldə nəzarətə götürülüb. İşin əsasında duran məsələ 2023-cü ildə keçirilmiş tədbirlərin Uşaq Avroviziya mahnı müsabiqəsi və Nitsada təşkil olunmuş İqlim Sammiti ilə bağlıdır.