Yunanıstanda yanğın riski: Nazirlik vətəndaşlara xəbərdarlıq etdi


Yunanıstanda İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi ölkədə artan meşə yanğınları riskinə görə həm dövlət qurumlarını, həm də əhalini hazır olmağa çağırıb.

Nazirlik tərəfindən yayılan açıqlamada Yunanıstanda meşə yanğınlarının baş vermə ehtimalının yüksək olduğu bildirilib.

Xüsusilə paytaxt Afina və ətraf əraziləri əhatə edən Attika bölgəsi, Mora yarımadasının cənubu və Krit adası üçün yanğın təhlükəsinin çox yüksək olduğu qeyd edilib. Bu səbəbdən bütün dövlət qurumları və bələdiyyələrə mümkün yanğınlara qarşı hazır vəziyyətdə olmaları tövsiyə olunub.

Vətəndaşlardan isə açıq sahələrdə od qalamaqdan çəkinmələri, yanğına səbəb ola biləcək fəaliyyətlərdən uzaq durmaları xahiş olunub.

Ölkə üzrə güclü küləklər səbəbindən bir çox gəmi reysləri də ləğv edilib.

Paytaxt Afinanın Kifisia bölgəsində isə güclü küləklərin aşırdığı 15 metrlik bir ağacın elektrik dirəyinə çırpılması nəticəsində avtomobillər zədələnib, ərazidə elektrik kəsintiləri yaşanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu