Rusiyanın xarici borcu 317,5 milyard dollara yüksəlib


Rusiyanın xarici borcu bu ilin birinci rübündə 26,7 milyard dollar artaraq 1 aprel 2025 tarixinə 317,5 milyard dollara çatıb.

Rusiya Mərkəzi Bankı tərəfindən yayımlanan açıqlamada ölkənin xarici borcuna dair son vəziyyət əks etdirilib.

Açıqlamada qeyd olunub ki, Rusiyanın xarici borcu ilin ilk rübündə 26,7 milyard dollar artaraq 1 aprel 2025-ci il tarixinə 317,5 milyard dollara çatıb.

Artımın əsas səbəbi kimi rublun dəyər qazanması nəticəsində borcun dollar ifadəsində yüksəlməsi göstərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu