ABŞ-ın cari kəsiri ilin ilk rübündə artıb


ABŞ-da cari əməliyyatlar balansının kəsiri ilin ilk rübündə 44,3 faiz artaraq 450,2 milyard dollara yüksəlib.



ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrünə dair cari əməliyyat balansı göstəricilərini açıqlayıb.



Məlumata görə, ölkənin cari əməliyyatlar balansının kəsiri bu ilin ilk rübündə əvvəlki rüblə müqayisədə 44,3 faiz artaraq 450,2 milyard dollara çatıb.



Bu dövrdə cari kəsirlə bağlı bazar gözləntisi 448 milyard dollar səviyyəsində idi.



ABŞ-da ötən ilin son rübünə dair cari kəsir göstəricisi isə 303,9 milyard dollardan 312 milyard dollara yenidən hesablanıb.



Ölkənin cari kəsirinin ÜDM-ə nisbəti ilin ilk rübündə 6 faiz olaraq hesablanıb. Bu göstərici ötən ilin son rübündə 4,2 faiz səviyyəsində idi.



Cari əməliyyatlar balansı kəsirində bu dövrdə baş verən artıma əsasən mal ticarətindəki kəsirin böyüməsi təsir edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu