KİV: Ən zəngin rusların sərvəti 26 milyard dollar artıb


Şirkət səhmlərinin dəyəri əsasında hesablanan "Bloomberg" Milyarderlər İndeksinə görə, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 26,274 milyard dollar artıb.


İndeksə əsasən, ilin əvvəlindən NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 4,81 milyard dollar qazanıb, onun sərvəti 28,8 milyard dollara, "Severstal"ın yaradıcısı Aleksey Mordaşovun sərvəti isə 4,75 milyard dollar artaraq 25,6 milyard dollara çatıb. Eyni zamanda "Eurochem" və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 4,2 milyard dollar qazanaraq sərvətini 23 milyard dollara çatdırıb.

Ən böyük itkiyə Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov məruz qalıb, onun sərvəti 6,46 milyard dollar azalaraq 14,6 milyard dollara düşüb.

Agentlik planetin ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən "Bloomberg" Milyarderlər İndeksini 2012-ci ildən dərc edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu