Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum oldu


Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, "Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Ebrar Büyükfıratın ölüm səbəbi məlum olub.



Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, yaşadığı binanın altıncı mərtəbəsindən yıxılıb.



Hadisə iyunun 28-i saat 12 radələrində Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 104, mənzil 35-də baş verib.



Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Büyükfırat Ebrar Abdurrahim Hüseyn yaşadığı binanın eyvanından yıxılıb və vəfat edib.



Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu