Webb Teleskopu ilk mümkün "qaranlıq ulduzları" kəşf etdi


James Webb Kosmik Teleskopu tərəfindən çəkilmiş fotoşəkilləri araşdıran elm adamları "qaranlıq ulduzlar" hesab edilən üç fövqəlkütləvi parlaq göy cismi aşkar ediblər.


Forbes-in xəbərinə görə, Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunan araşdırmada Webb Teleskopu ilə çəkilən üç ulduzun "qaranlıq ulduzlar" ola biləcəyi qeyd edilib.

İndiyə qədər nəzəri olaraq qəbul edilən “qaranlıq ulduzlar”ın Günəşdən 10 milyard dəfə daha parlaq olduğu və kainatda bu gün görünən tip ulduzlar meydana gəlmədən əvvəl mövcud olduğu düşünüldüyü bildirilib.

"JADES-GS-z13-0", "JADES-GS-z12-0" və "JADES-GS-z11-0" adlı üç "qaranlıq ulduz" namizədi üzərində aparılan araşdırmalar qaranlıq maddənin təbiətini aşkar etməyə kömək edir. Bunun böyük partlayışdan dərhal sonra mövcud ola bilməyəcək qədər böyük qalaktikaların sirrini açmağa kömək edə biləcəyi qeyd edilib.

Weinberg Nəzəri Fizika İnstitutunun direktoru və elmi tədqiqatın həmmüəllifi Katherine Freese, "Yeni bir ulduz növünü kəşf etmək özlüyündə olduqca maraqlıdır, lakin ulduzu gücləndirən obyektin qaranlıq maddə olduğunu tapmaq daha böyük kəşf olardı", deyə qeyd edib.

Kainatdakı maddənin təxminən 85 faizini təşkil etdiyi düşünülən qaranlıq maddənin yeni bir növ görünməz əsas hissəcikdən ibarət olduğu və yalnız cazibə qüvvəsi ilə qarşılıqlı təsirdə olduğu güman edilir.

ABŞ Aerokosmik Agentliyinə (NASA) görə, qaranlıq maddə işığı və ya enerjini udur, lakin onu əks etdirmir, heç bir işıq və ya enerji yaymır. Bu səbəbdən qaranlıq maddənin birbaşa aşkar edilə bilməyəcəyi, varlığının digər cisimlərə qravitasiya təsiri ilə başa düşülə biləcəyi vurğulanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu