DİN “Sputnik-Azərbaycan”ın ofisində əməliyyat keçirir

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.
Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
“Qafqazinfo”ya daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.