Qulamhüseyn Əlibəyli jurnalistlərin müdafiəsinə qalxdı




Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli erməni lobbisinin təzyiqinə məruz qalan jurnalistlər Fuad Abbasov və Mətin Yaşaroğlunun hüquqlarının dövlət səviyyəsində qorunmasının vacibliyi ilə bəyanat verib.



Qaynarinfo-ya daxil olan bəyanat bildirilir: "Təəssüf ki, Moskvada yaşayan jurnalist Fuad Abbasovun həyatına təhlüklərin olması ilə bağlı harayına rəsmi Bakı adekvat reaksiya vermədi. Bundan ürəklənən erməni lobbisinin növbəti hədəfi "Sputnik” İnformasiya Agentliyinin Bakı ofisi oldu. "Sputnik-Azərbaycan”ın şef redaktoru, tanınmış jurnalist Mətin Yaşaroğlunun erməni lobbisinin təzyiqi ilə işdən kənarlaşdırıldı. Erməni lobbisinin artıq Bakıda yerləşən ofisə bu təzyiqi yolverilməzdir və Bakı agentliyin baş ofisindən hesabat tələb etməlidir”.

Bəyanatda daha sonra bildirilir: "Sputnik” agentliyinin erməni rəhbəri Marqarita Simonyanın Bakı ofisinə təzyiqi, vətənpərvər şef-redaktor Mətin Yaşaroğlunun erməni mövqeyindən çıxışını tələb etməsi Azərbaycanın milli maraqlarına təhdiddir və rəsmi Bakı buna adekvat reaksiya verməlidir”.

Bəyanatın sonunda partiya sədri rəsmi Bakıdan hər iki jurnalistin hüquqlarının təmin edilməsi ilə bağlı zəruri addımlar atmağı tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu