Anasının cəsədi ilə günlərlə tək qalan körpə xilas edildi


ABŞ-ın Finiks şəhərində bir körpənin anasının ölümündən sonra günlərlə onun yanında tək qaldığı müəyyən edilib. Polis daxil olan məlumat əsasında getdiyi evdə körpəni xilas edib.

ABŞ-ın Arizona ştatında polis anasının ölümündən sonra günlərlə onunla eyni evdə tək qalan bir körpəni xilas edib.

CBS News-un məlumatına görə, rəsmilər hadisənin may ayında baş verdiyini və bu barədə cümə günü açıqlama verdiklərini bildiriblər. Finiks polisi 14 may tarixində qadının qonşusundan bir zəng aldıqlarını, qonşunun yeni doğum etmiş qadından bir neçə gündür xəbər ala bilmədiyini dediyini bildirib. Bundan sonra polis qadının yaşadığı mənzilə yollanıb.

Finiks Polis İdarəsinin yaydığı bədən kamerası görüntülərində polis əməkdaşlarının mənzilin açıq pəncərəsindən içəri baxdıqları görünür. Bu zaman onlar yerə yıxılmış vəziyyətdə bir qadının olduğunu görüblər.

Daha sonra mənzilə daxil olan polis əməkdaşları yataqda olan, gözlə görünəcək dərəcədə arıqlamış və gücdən düşmüş bir körpəni xilas ediblər. Kamera görüntülərində polis əməkdaşlarından birinin körpəni diqqətlə beşiyə yerləşdirdiyi və daha sonra onu digər bir polisə təhvil verdiyi görünür.

Polisin açıqlamasına görə, Finiks Yanğından Mühafizə Xidmətinin əməkdaşları körpəni müalicə üçün xəstəxanaya aparıblar. Körpənin tamamilə sağalacağı gözlənilir.

Marikopa dairəsinin tibbi ekspertizası qadının ölüm səbəbini araşdırır. Ölən qadının adı isə ictimaiyyətə açıqlanmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu