Yaponiyada polis anasının cəsədini 5 il evdə saxlayan kişini həbs edib


Yaponiyada polis ölmüş anasının cəsədini 5 il evdə saxlayan 60 yaşlı kişini həbs edib.



Yaponiyanın Osaka şəhərinin İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada etdiyi hərəkətlə hər kəsi şoka salıb. Onada 5 il əvvəl dünyasını dəyişən anasının meyitini evin yataq otağında gizlədib. Mübahisə zəminində polislə görüşən Onadanın etirafı ilə həqiqət üzə çıxıb.

Onada polisə anasının 2019-cu ilin sentyabrında öldüyünü və cəsədin o vaxtdan evdə olduğunu etiraf edib. Onada açıqlamasında "Bir gün anam yeməyi dayandırdı və sonra öldü. Cəsədi çox problem yaradacağını düşündüyüm üçün ikinci mərtəbədəki yataq otağına qoydum" deyib.

Günahını etiraf edən Onada həbs edilib. Hadisə ilə bağlı araşdırma başlatan polis, Onadanın anasının pensiyasını bankdan çəkməyə davam edə bilməsi üçün meyiti evdə gizlətməsi ehtimalını nəzərdən keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu