Belçikada məktəbdə 9 yaşlı uşağa polis zorakılığı


Belçikada polis 9 yaşlı uşağın məktəbdə çətin anlar yaşatdığını əsas gətirərək əllərini arxasına bağlayıb və yerə yıxaraq müdaxilə edib.


Belçika mətbuatında çıxan xəbərlərə görə, Nalinnes şəhərində polis sentyabrın 5-də Nalinnes Xüsusi Təhsil İbtidai məktəbində dostu ilə mübahisə edən 9 yaşlı Mathisə məktəbin girişində hücum edib.

Anasının çəkdiyi kadrlarda polisin qaradərili oğlanın əllərini arxasına bağlayaraq yerə yıxdığı görünür.

Ana Rita oğlunu götürmək üçün məktəbdən təcili zəng aldığını və getdiyi zaman söz mövzusu müdaxilə ilə qarşılaşdığını ifadə edərək, "Görc Floydun şəkli ağlıma gəldi" ifadəsini işlədib.

Oğlunun bir tələbə tərəfindən irqçi təhqirlərə məruz qaldığı üçün əsəb böhranı keçirdiyini və tələbənin oğluna “çirkli qara” dediyini izah edən ana bunun bir həftə ərzində ikinci dəfə təkrarlandığını, başqa bir şagirdin də eyni sözdən istifadə etdiyini bildirib.

Bölgədən məsul polis məmuru Alain Bal məktəbin onları çağırdığını deyib: "Biz sadəcə məktəblərə getmirik. Uşağı zəbt etməkdə çətinlik çəkirdilər və anası zənglərə cavab vermirdi". O, uşağın anasının polisə hücum etdiyini bildirib.

Videoda danışan polis bildirib ki, oğlan onlara nəsə atdıqdan və əl hərəkəti etdikdən sonra yerə yıxılıb.

Uşağın anasının şikayəti əsasında araşdırma başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu