İki gün sonra 1 yaşı olacaqdı, döyə-döyə öldürdü


Murmansk vilayətində ana körpəsini öldürüb.



AFN.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Apatiti şəhərində baş verib. 20 yaşlı ana bir yaşlı oğlunu bezini dəyişməli olduğu üçün döyərək öldürüb.

Məlumata görə, 20 yaşlı qadın və 19 yaşlı kişinin iki oğlu olub. Onlardan birinin artıq üç yaşı var. İkinci oğlanın isə cəmi 11 aylıqdır. Məhz o, gənc anası tərəfindən döyülərək öldürülüb.

Səhər saat 4 radələrində körpə ağlamağa başlayıb və ananı oyadıb. Qadın əsəbi halda oyanıb və oğlunun bezini dəyişməli olduğu ortaya çıxanda qəzəblənərək, oğlunu vəhşicəsinə döyməyə başlayıb. Qeyri-adekvat ana yalnız körpə susduqda və nəfəs almağı dayandırdıqda dayanıb. Gələn təcili yardım həkimləri körpənin öldüyünü bildirib.

Həkimlər 11 aylıq körpənin bədəninin hər yerində güclü qançırlar aşkar ediblər.

Ən çox oğlanın başı zədələnib. Həkimlər onun sağ gözündə və qulağında ən dəhşətli qançırlar tapıblar. İki gün sonra körpənin 1 yaşı olacağı qeyd edilir.

Hazırda polis uşağın qətli ilə bağlı araşdırma aparır. Böyük oğul qatil ananın əlindən alınıb. İlkin yoxlama göstərib ki, hər iki valideyn əvvəllər valideynlik öhdəliklərini yerinə yetirmədiklərinə görə inzibati aktlara məruz qalıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu