Fransada təcili yardıma aparılan yaşlı qadının ölüsü xəstəxananın zibillərinin arasından tapılıb
Fransada təcili yardım xidmətinə aparılan demensiyalı qadın 2 gün sonra xəstəxananın zirzəmisində zibil konteynerində ölü tapıldı.
“La Provence” qəzetinin məlumatına görə, 85 yaşlı demensiyalı qadın qıcolma keçirdiyi üçün fevralın 23-də qızı Klaudin tərəfindən Eks-en-Provensdəki xəstəxananın təcili yardım otağına gətirilib.
Fevralın 23-nə keçən gecə xəstəxanadan itkin düşdüyü bildirilən yaşlı qadın fevralın 25-də həmin xəstəxananın zirzəmisində zibil konteynerində ölü halda qızı tərəfindən tapılıb.
Yaşlı qadını xəstəxanaya gətirən Klaudin anası müalicə olunarkən içki içməyə getdiyini, təxminən 1 saat sonra qayıdanda isə təcili yardımda anasının yerinin dəyişdirildiyini bildirib.
Tibb bacıları onu anasının müalicə olunduğu şöbəyə apara bilməyəcəklərini dedikdən sonra evə qayıdan Klaudin xəstəxanadan gələn telefon zəngi ilə anasının itdiyini öyrənib.
Xəstəxanaya gələn Klaudin rəhbərlikdən təhlükəsizlik kameralarına baxmağı xahiş edib.
Xəstəxana rəhbərliyi təhlükəsizlik kameralarını idarə edən işçinin məzuniyyətdə olduğunu və onların kameralara daxil olmaq üçün parolunun olmadığını bildirib.
Klaudin xəstəxana ətrafında və sosial media hesablarında paylaşımlar edərək itkin anasını axtarmağa başlayıb.
Yanğınsöndürən əmisi oğlu ilə xəstəxananın yaxınlığında axtarışları davam etdirən Klaudin fevralın 25-də anasının cəsədini xəstəxananın zirzəmisində zibil konteynerində tapıb.
Hadisə ilə bağlı Eks-en-Provence prokurorluğu araşdırmaya başlayıb.
Klaudin xəstəxananı anasının ölümündə təhlükəsizlik kameralarına giriş təmin etməməkdə günahlandırır.