Emin Tarverdiyev Naxçıvanda şəhid Emin Sadiqovun ailəsini ziyarət edib


"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində şəhid Emin Sadiqovun ailəsini ziyarət edib.



Bu barədə AFN.az-a E.Tarverdiyev özü məlumat verib: "Şəhidimizin anası Gülşad Rüstəmli ilə görüşdük. Qeyd edim ki, Gülşad xanım həm də Naxçıvan Ali Məclisinin deputatıdır. Görüş zamanı Muxtar Respublikadakı ümumi vəziyyətlə bağlı müzakirəmiz oldu. Dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğı və diqqət haqda fikirləri bölüşdük".



Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə hərbi təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Emin Sadiqov ilk peşə fəaliyyətinə Qazax rayonunda başlayıb. 44 günlük Vətən Müharibəsində qəhrəmanlığı ilə seçilənlərdən olub. Füzuli istiqamətində gedən döyüşlərdə komandiri şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən 26 oktyabr 2020-ci il şəhidlik zirvəsinə ucalıb. 2020-ci il oktyabrın 30-da anadan olduğu Şahbuzkənd qəbiristanlığında dəfn olunub.



Emin Sadiqov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə Fərqlənməyə görə” medalları “III dərəcəli Rəşadət” ordeni ilə təltif olunub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu