"Vətən Bağı" İB-nin üzvləri Şamaxıda şəhid Orxan Salehovun ailəsini ziyarət ediblər

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin üzvləri Şamaxı şəhərində şəhid Orxan Salehovun ailəsini ziyarət ediblər.
Birliyin İdarə Heyətinin sədri Emin Tarverdiyev bayram günündə şəhid ailəsini ziyarət etməyin onların mənəvi borcu olduğunu söyləyib: "Şəhid ailələri bizim baş tacımızdır, onları diqqətdə saxlamaq, yad etmək vətəndaşlıq borcumuzdur".
Tarixçi alim Zaur Əliyev bu gün müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin əvəzsiz rolundan danışıb: "Şəhid ailələri, xüsusilə onların valideynləri bizim üçün müqəddəsdir".
Şəhid Orxan Salehovun atası Fikrət Salehov və anası Zəhra Salehova bu diqqətin onlar üçün əvəzsiz olduğunu deyərək “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbərliyinə və üzvlərinə minnətdarlıqlarını bildiriblər.
İctimai birliyin üzvləri daha sonra Şamaxı yaxınlığında yerləşən türk məzarlığını da ziyarət ediblər.