Emin Tarverdiyev Naxçıvanda şəhid Rüstəm Nəcəfovun anasını ziyarət etdi

"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Naxçıvanda şəhid Rüstəm Nəcəfovun anası Şövkət Nəcəfovanı ziyarət edib.
AFN.az xəbər verir ki, bu barədə E.Tarverdiyev məlumat verib. O bildirib ki, 1993-cü ildə döyüşlərdə şəhid olmuş Rüstəm Nəcəfovun anası ilə görüşdə şəhidin qəhrəmanlığı, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub.
Şəhid anası Şövkət Nəcəfova ziyarət üçün E.Tarverdiyevə təşəkkür edib və onun şəhid ailələrini daim diqqətdə saxlamasını yüksək qiymətləndirib, fəaliyyətinə xeyir-dua verib.
Qeyd edək ki, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Naxçıvan Muxtar Respublikasında növbəti layihəsini həyata keçirir. Emin Tarverdiyev bildirib ki, “Naxçıvan gənclərinin sağlamlığı naminə – Narkotikə yox” adlı layihə çərçivəsində Muxtar Respublikada səfərləri zamanı şəhid ailələrinə baş çəkməyi də planlaşdırırlar: “İmkan daxilində şəhidlərimizin ailələrini ziyarət edəcəyik, onlara mənəvi dəstək olmağa çalışacağıq.”