"Vətən Bağı" yenidən Naxçıvanda...


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi Naxçıvan Muxtar Respublikasında yeni layihəsinə start verir.



Naxçıvan gənclərinin sağlamlığı naminə "Narkotikə yox" təşəbbüsü adlı layihə çərçivəsində Muxtar Respublikada 5 təlim nəzərdə tutulub.
Belə ki, 28 iyunda Naxçıvan şəhərində, 05 iyulda Şərur rayonunda, 12 iyulda Babək rayonunda, 19 iyulda Culfa rayonunda, 26 iyulda isə Ordubad rayonunda gənclər bu təlimlərdən yararlana biləcəklər.
Layihənin rəhbəri Emin Tarverdiyev, təlimçi isə Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevdir.
Qeyd edək ki, bu "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ikinci layihədir. Belə ki, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə 2024-cü ildə "44 günlük müharibə iştirakçıları üçün biznesin əsasları" adlı layihəni də Naxçıvan Muxtar Respublikasında uğurla icra edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu