Orban: Aİ Ukraynaya öz məhvi bahasına kömək etməməlidir

Avropa İttifaqı Ukraynaya öz məhvi bahasına kömək etməməlidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
Onun fikrincə, Ukraynanı icmaya qəbul etməkdən imtina etmək və Kiyevlə strateji saziş bağlamaq daha yaxşıdır. “Əgər biz Ukraynanı Aİ-yə qəbul etsəydik, onunla birlikdə müharibəni də qəbul edərdik”, - deyə Orban qeyd edib.
Orban Ukrayna prezidenti Vladimir Zelenskini Ukraynanın Avropa İttifaqına qoşulacağına ümid etməməyə çağırıb.