"Berlin Ailə və Uşaq Klinikası"na maliyyə sanksiyası tətbiq edildi

"Berlin Ailə və Uşaq Klinikası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində maliyyə sanksiyası tətbiq edilib.
Klinikada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti həyata keçirilib.
Nəticədə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən "Berlin Ailə və Uşaq Klinikası" barəsində 1000 manat maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, Bakı Şəhəri Yasamal Rayonu, Şərifzadə, Ev 315c, M.Q/Y ünvanında yerləşən, nizamnamə kapitalı 3 358 469 manat olan klinikanın qanuni təmsilçisi Həsən Məmmədov Rizvan oğludur.