İlon Mask: Yeni siyasi partiyanın vaxtı çatıb


Amerikalı iş adamı İlon Mask ölkədə yeni siyasi partiya yaradılmasına çağırıb.



AFN.az xəbər verir ki, iş adamı bununla bağlı özünün X hesabında yazıb. O, ABŞ prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsinə yönəltdiyi tənqidləri bir daha təkrarlayıb.



“Bu qanun layihəsi üzrə dəli xərclərə görə – hansı ki, dövlət borcunun yuxarı həddini rekord səviyyədə, 5 trilyon dollar artırır – aydın olur ki, biz birpartiyalı ölkədə yaşayırıq”, – deyə Mask “X” platformasında yazıb.



O əlavə edib ki, artıq yeni siyasi partiyanın vaxtıdır və bu partiya insanlara həqiqətən qayğı göstərən bir təşkilat olacaq.



Biznesmen bundan əvvəl də Ağ Ev tərəfindən irəli sürülmüş dövlət xərclərinin azaldılması qanun layihəsini tənqid edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu