Trampın qalmaqallı qanun layihəsi Senatdan keçdi


Prezident Donald Trampın təşəbbüsü ilə hazırlanmış dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsi ABŞ Senatında prosessual səsvermədən keçib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, sənədi 51 deputat dəstəkləyib, 49-u əleyhinə səs verib. Yekun səsvermənin yaxın günlərdə keçiriləcəyi gözlənilir. Hazırda Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar daha əvvəl bəyan etmişdilər ki, onlar qanun layihəsinin iyulun 4-dən gec olmayaraq təsdiqlənməsinə nail olacaqlar.



Qeyd edək ki, sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Eyni zamanda, o, müdafiə xərclərinin artırılmasını, xüsusən də “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılmasını, sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı tədbirləri, həmçinin bu sahədə xərclərin artırılmasını ehtiva edir.



ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) sabiq koordinatoru İlon Mask qanun layihəsini borc tavanının 5 trilyon dollar artırılmasını nəzərdə tutduğuna görə dəfələrlə tənqid edib. ABŞ-ın dövlət borcu hazırda 36 trilyon dolları ötür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu