Mask: ABŞ-ın sürətlə iflası yaxınlaşır


ABŞ sürətlə iflasa doğru gedir.



Bu barədə amerikalı sahibkar İlon Mask şənbə məlumat verib.

O, X sosial şəbəkəsində Amerikanın hazırda çox sürətlə iflasa doğru getdiyini yazıb.

Maskın sözlərinə görə, sonuncu dəfə büdcə profisiti 2001-ci ildə olub. 2023-cü ildə ABŞ hökuməti 4,47 trilyon dollar gəlir əldə edərkən 6 trilyon dollardan çox xərcləyib.

İş adamı vurğulayıb ki, bu tendensiyanı əksinə çevirmək və balanslaşdırılmış büdcəyə çalışmaq lazımdır.

Mask ABŞ-da hökumətin səmərəliliyinə nail olmaq üçün yeni departamentin köməyi ilə ABŞ-ın müdafiə xərclərinin səmərəliliyini artıracağını da vəd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu