Merkel Almaniyada yeni sığınacaq siyasətini tənqid etdi


Almaniyanın sabiq kansleri Angela Merkel iyunun 30-da Daxili İşlər naziri Aleksandr Dobrindtin ölkəyə girişdə sığınacaq verilməsindən imtina ilə bağlı yeni siyasətini sərt tənqid edib.

“Əgər kimsə Almaniya sərhədində sığınacaq deyirsə, o, əvvəlcə prosedurdan keçməlidir. İstəsəniz, elə sərhəddəcə bu prosedur həyata keçirilə bilər, amma bu, mütləq olmalıdır. Mən Avropa hüququnu belə anlayıram”, – deyə onun sözlərini Tageschau nəşri sitat gətirib.

Bild qəzeti isə mayın 7-də xəbər vermişdi ki, Almaniyanın bütün quru sərhədlərində miqrantların girişinə, hətta sığınacaq tələbi ilə gələnlərə belə, qadağa qoyulub.

Bu xəbərlərdən qısa müddət sonra Dobrindt Almaniya Federal Polisinə sərhəd nəzarətinin gücləndirilməsi və ölkəyə giriş cəhdləri zamanı daha çox rədd cavablarının verilməsi barədə şifahi göstəriş verib.

Eyni zamanda, nazirin qərarına əsasən, uşaqlar, hamilə qadınlar və həssas qruplar bu yeni qaydalardan istisna təşkil edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu