Merkel Almaniya hökumətinin miqrasiya siyasətini tənqid etdi


Almaniyanın sabiq kansleri Angela Merkel yeni federal hökumətin miqrasiya siyasətini Avropa İttifaqında (Aİ) azad hərəkət hüququna təhlükə yaratdığı üçün tənqid edib.



Merkel "Südwest" qəzetinin Ulm şəhərində təşkil etdiyi tədbirdə çıxışı zamanı Almaniya kansleri Fridrix Mersin sərhədlərdə miqrantların geri qaytarılmasını nəzərdə tutan yeni siyasətinə münasibət bildirərək “Avstriya və Polşa sərhədlərində qeyri-qanuni miqrasiyanı tamamilə dayandıra biləcəyimizə inanmıram. Mən həmişə Avropa yönümlü həllərin tərəfdarı olmuşam. Avropa səviyyəsində razılaşdırılmış həllərin tapılması çətin olsa belə, diqqət mərkəzində Aİ-nin xarici sərhədlərinin qorunması dayanmalıdır” deyib.



Merkel əlavə edib ki, bu cür tədbirlərin daimi xarakter alması, nəticədə bütün Aİ vətəndaşları üçün sərbəst hərəkət azadlığının itirilməsinə gətirib çıxara bilər: “Əks halda Avropanın dağılmasının şahidi olarıq. Mən bunu istəmirəm və ümid edirəm ki, yeni federal hökumət də istəmir. Əslində istəmədiyini düşünürəm”.



Qeyd edək ki, yeni hökumətdə daxili işlər naziri vəzifəsini icra edən Aleksandr Dobrindt Almaniyanın xarici sərhədlərində nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verib. Bu çərçivədə etibarlı giriş sənədi olmayan və ya başqa bir Aİ ölkəsində sığınacaq müraciəti etmiş şəxslərin Almaniyaya girişinə icazə verilmədən geri qaytarılması prosesi başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu