Pakistanda musson yağışları 45 nəfərin ölümünə səbəb oldu

Pakistanda musson yağışları səbəbindən son 4 gün ərzində 45 nəfər həyatını itirib.
AFN.az-ın Pakistan mediasına istinadən məlumatına görə, itkilər əsasən Xeyber-Paxtunxva, Bəlucistan və Pəncab əyalətlərində qeydə alınıb.
Təbii fəlakət nəticəsində 68 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Ölkənin bir çox bölgələrində yağan şiddətli leysanlar həyatı iflic edib, yol və infrastruktura ciddi ziyan dəyib. Sel və daşqınlar evləri dağıdaraq minlərlə insanı evsiz qoyub. Fövqəladə hallar xidməti zərərçəkənlərə yardım göstərmək üçün səylərini artırıb.