Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda 14 nəfər ölüb


Pakistanın şimal-qərbində musson yağışlarının səbəb olduğu daşqınlarda 14 nəfər həyatını itirib.



Ölkənin Hayber Paxtunxva əyalətində yağan musson yağışları qəfil daşqınlara səbəb olub.

Fövqəladə Hallar Xidmətinin sözçüsü Bilal Faizi bildirib ki, sel fəlakəti zamanı bir ailədən 3 qadın, 7 uşaq və 1 kişinin cəsədi Paxtunxvanın Kohat bölgəsində tapılıb.

Faizi eyni vilayətin Hanqu və Bajur bölgələrində 3 nəfərin də öldüyünü bildirib.

Səlahiyyətlilər gələn həftə yağışların ölkənin bir sıra bölgələrində daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu