Çin elektrik sistemlərini sıradan çıxaran yeni silah təqdim edib

Çin Mərkəzi Televiziyası tamaşaçılara yeni silahı nümayiş etdirən animasiya videosunu təqdim edib.
AFN.az xəbər verir ki, yeni silah elektrik stansiyalarını və elektrik xətlərini sıradan çıxarmaq qabiliyyətinə malikdir.
Çin Aerokosmik Elmlər Korporasiyasından (CASC) bildirilib ki, bu ixtira düşmənin idarəetmə və nəzarət sistemlərini sıradan çıxara bilər. Həmçinin qeyd olunub ki, silah 10 min kvadratmetr ərazidə genişmiqyaslı elektrik kəsintiləri yarada bilir.
Silahın adı və növü açıqlanmasa da, analitiklər bunun raket və ya qrafit bombası ola biləcəyini istisna etmirlər. Bildirilir ki, onun təsir məsafəsi 290 kilometrdir.
Xatırladaq ki, Çin alimləri 2024-cü ilin noyabrında mikrodalğalı silahın yeni növünün yaradıldığını açıqlamışdılar. Onların sözlərinə görə, bu silah elektromaqnit dalğalarını sinxronlaşdırmaq və dəqiq yönləndirmək qabiliyyətinə malikdir. Bu texnologiyanın həm hərbi, həm də elmi tədqiqat məqsədləri üçün istifadə oluna biləcəyi qeyd olunub.